kleptomaniya

Kleptomaniya

Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyəsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur.

Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır. Kleptomaniya haqqında aparılan tədqiqatların azlığı, bu vəziyyətlərin insanlar tərəfindən gizlədilməsi və bu vəziyyəti reallaşdıran kəslərin sağlamlıq xidmətlərindən çox məhkəmələrə sövq edilmələri səbəbiylə gerçək sıxlığı tam olaraq bilinməsə də min adamdan altısında rast gəlindiyi müəyyən olunmuşdur.

Xəstələrin ümumi xüsusiyyətləri

Qadınlarda kişilərə görə təxminən dörd qat daha sıx görülməkdədir.Gender arasındakı nisbətin bu qədər yüksək olmasının bir səbəbi də, kişilərin belə bir vəziyyətdə əksəriyyətlə xəstəxanalar yerinə həbsxanalara göndərilmələri ola bilər. Qadınlarda ortalama olaraq 30-35 yaşda; kişilərdə 50-55 yaşda daha sıx görülməkdədir. Narahatlıq sosial-iqtisadi səviyyə ilə birbaşa bağlı olmayıb, bu vəziyyətdəki adamın hətta sosiomədəni səviyyəsi yüksək də ola bilər. Şəxslər bu davranışlarına maneə ola bilmək üçün ictimai həyatlarını məhdudlaşdıra və ətraflarından uzaqlaşa, alış-veriş etməməyə çalışa bilərlər.

Müalicəsi

Günahkarlıq, utanc hislərinə baxmayaraq bir mütəxəssisdən yardım almaq vacibdir, əks halda kleptomaniya uzunmüddətli, dəvam edici bir problemə çevirilə bilər​. Müalicədə əsasən dərman, psixoterapiya bəzən isə ikisi paralel aparılır. Oğurladıqları əşyanın dəyəri qədər pulu magazaya geri ödəmək və ya peşmanlıq hissi üçün oğurluqdan sonra mağazaya ziyarət etmək də davranış terapiyası kimi istifadə edilmişdir.