Xəstəliklər

Kəskin revmatik qızdırma

Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.

KRQ – A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır.

Müalicəsi

Müalicə mikrobəleyhinə, iltihabəleyhinə və dəstəkləyici terapiyadan ibarətdir. Antibiotiklər 2 məqsədlə istifadə olunur :

Birincili profilaktika :

1- Benzatin penisilin : 600.000 TV. (27 kg dan az çəkiyə) 1.200.000 TV. (27 kg dan artıq çəkiyə) birdəfəlik doza ə/d. 2- Prokain penisilin : 800.000 TV./gün, ə.d. , 10 gün 3- Penisilin V : 250 mg (uşaqlarda) 500 mg (yeniyetmə və yaşlılarda) 2-3 dozada oral, 10 gün 4- Eritromisin: : 25 mg/kg/gün, 2 dozada oral, 10 gün (penisilin alergiyası olanlarda)

İkincili profilaktika :

KRQ nın təkrarlanmasının qarşısını almaq üçün istifadə olunur.

1- Benzatin penisilin : 600.000 TV. (27 kg dan az çəkiyə) 1.200.000 TV. (27 kg dan artıq çəkiyə) birdəfəlik doza ilə ə/d. 21 gündən bir 2- Penisilin V : 250 mg vəya 500 mg, oral, gündə 2 doza 3- Sulfadiazin :500 mg birdəfəlik doza ( 27 kg dan az çəkiyə ) 1 gr ( 27 kg dan artıq çəkiyə ) 4- Eritromisin : 250 mg, oral, günde 2 doza (penisilin alergiyası varsa) İkincili profilaktika kardit keçirənlərdə ömrü boyu, digər hallarda 21 yaşına qədər vəya son revmatik atakadan 5 il sonrasına qədər istifadə olunur. Ən effektli qorunma Benzatin penisilin ilədir.

Related Articles

Back to top button