Kəskin pankreatit

Kəskin pankreatit

Kəskin pankreatit – mədəaltı vəzin fermentativ autoliz prosesi nəticəsində ödemi və ya aseptik nekrozu ilə başlayıb ikincili irinli infeksiyanın qoşula bilməsi ilə xarakterizə olunan xəstəlikdir. KP pankreas toxumasının məhəlli və ya diffuz şəkildə destruksiyasına gətirib çıxara bilər ki, bu hal pankreonekroz adlanır. Bu zaman peritonarxası toxumanın da nekrozu müşahidə oluna bilər. Bəzən irinli infeksiyanın qoşulması nekroz sahəsinin absesləşməsinə səbəb olur.

Müalicə

Adətən ağrını aradan götürmək üçün ağrıkəsicilər inyeksiya olunur.Daha yaxşı olar ki, mədə və bağırsaqlar boş saxlansın. Beləliklə qida və maye qəbulu dayandırılmalıdır. Mədə möhtəviyyatını xaric etmək üçün zond burundan da salına bilər (nazoqastral zond). Qusmanın qarşısını almaq da bura aiddir.Simptomlar sönənə qədər venadaxili infuziya, yəni xüsusi məhlulların yeridilməsi aparılır.İltihabı aradan qaldırmaq üçün heç bir müalicə yoxdur. Bir çox hallarda pankreatit simptomları bir neçə günə sönür. Çox az hallarda ağırlaşmalar inkişaf edə bilər və vəziyyət ciddiləşə bilər. Sonra tətbiq oluna biləcək müalicələrə aşağıdakılar aiddir. Əgər səbəb öd daşıdırsa, pankreatit tutması sağaldıqdan sonra onu aradan götürmək lazımdır.Əgər pankreas və ətraf toxuma infeksiyaya yoluxubsa, antibiotiklərdən istifadə olunur. Bəzən infeksiyalaşmış və ya zədələnmiş toxumaları aradan götürmək üçün cərrahi üsuldan istifadə olunur.