Xəstəliklər

Kəskin böyrək çatışmazlığı

Kəskin böyrək çatışmazlığı (KBÇ)- böyrəklərin bir müddət zamanında öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Bunun nəticəsı olaraq böyrəklər (bax böyrəyin funksiyası) qanda olan zəhərli maddələri ixrac edə bilmir, vücüdün su və mineral (natrium ve kalium kimi ve s.) duzların tarazlığı pozulur ve s.

Müalicə

Bu xəstəliyin müalicəsi ilk olaraq onun törətdiyi amillərin aradan gotürülməsindən ibarətdir. Məsələn, əgər dehidrotasiya (kəskin maye itkisi) və ya qanaxma nəticəsində xəstəlik əmələ gəlib, qan köçürülməsi və damadaxili mayelərin vurulması ilkin müalicə usullarıdır. Bəzi hallarda (şiş, prostat vəzinin böyüməsi, daşlar və s.) cərrahi əməliyyata ehtiyac olunur. Ağır dərəcəli KBÇ olan xəstələrə hemodializ (xəstənin qani xüsusi filter vasitəsi ilə təmizlənməsi) keçirilir. Adətən qıssa bir müddət ərzində bu manipulyasiyayaya ehtiyac olunur, yəni böyrək öz funksiyasını bərpa edənə qədər. Fəqət, bu xəstəliyin xroniki böyrək çatışmazlığı ilə fəsadlandırıldığı təqdirdə, davamlı hemodializə ehtiyac olunur.

Related Articles

Back to top button