QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

İtaliyada Nigeriya mafiyasına qarşı əməliyyat keçirilib – QIA.AZ


İtaliya Maliyyə Qvardiyası (Guardia di Finanza) ölkədə qanunsuz miqrasiya və fəhişəlik sahələrinə nəzarət edən nigeriyalı kriminal qrupun 40 üzvünü həbs edib.

QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, təkcə Sardunya adasının Kalyari şəhərində keçirilən əməliyyatda 600-dək asayiş keşikçisi iştirak edib. Bütövlükdə həbslər və axtarışlar bir neçə regionda keçirilib.

Aparılan təhqiqatda beynəlxalq miqyasda şəxsiyyət azadlığına qarşı cinayətlərdə əli olan şəbəkə üzvlərinin adı hallanır.



https://qia.az/italiyada-nigeriya-mafiyasina-qarsi-%C9%99m%C9%99liyyat-kecirilib/