Xəbərlər

İnsanlarda niyə 4 qan qrupu mövcuddur? – Minillərdən gələn SİRR

qan qruplari

1900-cu ildə avstraliyalı həkim Karl Lendştayner tərəfindən kəşf edilən qan qupları 1930-cu ildə ona Nobel mükafatı qazandırıb.

Publika.az xəbər verir ki, o gündən bəri elm adamları qan qruplarının biologiyasına dair daha dərin bilgilərə sahib olmaq üçün daha güclü metodlar kəşf edib. Aparılan araşdırmalar nəticəsində qan qrupları haqqında daha qəribə məlumatlara, məsələn, irsi keçid, sağlamlığımız üzərindəki təsirləri kimi məlumatlar üzə çıxıb. Lakin digər tərəfdən qan qrupları ilə bağlı hələ ki, insanlara məlum olmayan bəzi sirli məqamlar mövcuddur.

Müasir tibb sayəsində insanların kəşf edə bildiyi və həyat qurtaran bir çox bilgi tarixin böyük bir qismində insanlara xəyal kimi görünüb. İntibah dövrünün həkimləri xəstələrinin damarına əlavə qan yeridiləndə nələr baş verə biləcəyini düşünmüş, hətta bir çox xəstəliyin bu yolla sağala biləcəyini ehtimal etmişlər. Nəhayət, 1600-cü illərdə bir neçə həkim bu fikri sınaqdan keçirmiş, ancaq təəssüf ki, sınaq qorxunc nəticələrə yol açmışdır.

Fransalı həkim bir buzovun qanını ağır bioloji və fizioloji simptomları olan dəliyə vurub, bir neçə inyeksiyadan sonra xəstə dünyasını dəyişib. Bütün bu mənfi təcrübələr nəticəsində qan köçürməsi növbəti 150 il boyunca insanlar arasında pis ad çıxarıb.

19-cu əsrdə yalnız bir neçə həkim proseduru təkrar təcrübədən keçirmək üçün müzakirələrə başlayıb. Doğum əsnasında bəzi qadınların qan çatışmazlığından dünyasını dəyişməsindən sonra 1817-ci ildə ingiltərəli Ceyms Blundell “tale” kimi göstərilən bu durumu rədd edib və xəstələrin qan köçürülməsi ilə həyatının xilas edilməsinin mümkün olduğunu irəli sürüb.

Blundell ilk olaraq xəstələrə yalnız insan qanı köçürülə biləcəyinə qərar verib. Ancaq o günə kimi heç kim belə bir köçürməni sınaqdan keçirməyib. Təslim olmayan Blundell sağlam donordan xəstəyə qan köçürülməsini təmin edən alətlər düzəldib. Hazırlanan “cihaz” itlər üzərində sınaqdan keçirilib və daha sonra həkim ölümcül xəstə olan bir insanı müalicə etmək qərarına gəlib. Xəstənin yaşaması üçün tək şans qan köçürülməsi olub. Bir neçə donor Blundellə 400 ml qan hədiyyə edib. Qoldan gerçəkləşdirilən qan köçürməsindən sonra xəstə özünü daha yaxşı hiss etdiyini bildirib, lakin iki gün sonra dünyasını dəyişib.

Sınağı uğursuz alınsa da, Blundell təslim olmayıb və qan köçürməsinin insanlıq üçün böyük faydaları ola biləcəyinə özünü inandırıb. O, növbəti illərdə də fərqli xəstələrə qan köçürməsi prosedurunu tətbiq edib. Toplamda 10 uğurlu qan köçürməsindən sonra yalnız 4 xəstə yaşamağa davam edib.

Bundan sonra bəzi həkimlər də eyni metoddan istifadə etsə də, onlarda da eyni uğursuz nəticə alınıb. 1870-ci illərdə isə qan köçürmələrində süddən istifadə edilməyə başlanılıb, ancaq bu uğursuz və təhlükəli metod da daxil olmaqla bütün metodlar faciə doğurub.

Blundell insanlara qan köçürülməsi mövzusunda haqlı idi. Ancaq o, qan barəsində başqa bir önəmli gerçəyin fərqində deyildi: insanlar ancaq müəyyən insanlardan qan ala bilər. Blundellin gözdən qaçırdığı bu bəsit gerçəklik onun bəzi xəstələrini ölümə düçar edib.

Bu ölümləri daha tragik edən isə bəsit bir prosedurun nəticəsində bir neçə on il keçdikdən sonra kəşf edilən qan qruplarıdır.

19-cu əsrdə tətbiq edilən qanköçürmələrin niyə uğursuz alındığına dair ilk ipucları qan qruplarına işarə edirdi. 1800-cü illərin sonunda elm adamları fərqli insanlardan götürülən qanları test balonlarında qarışdırarkən qırmızı qan hüceyrələrinin bir-birinə yapışdığının fərqinə varıb. Ancaq alınan qanlar, adətən, xəstə insanlardan götürüldüyü üçün elm adamları bu durumu araşdırmağa lüzum görməyib.

Heç kimsə sağlam insanların qanının bir-birinə qarışması ilə nələr baş verə biləcəyini araşdırmayıb. Ta ki, Karl Lendşteynerə qədər. Lendşteyner sağlam insanlardan götürülən qanların qarışığında bu qruplaşmaların olduğunu müşahidə edib. Özü də daxil olmaqla, laboratoriyadakı hər kəsdən qan götürüb və daha dərindən incələməyə başlayıb. Hər örnək qırmızı qan hüceyrəsi və plazmaya ayrıldıqdan sonra qanın plazma bölümü başqa bir insanın qan hüceyrələri ilə birləşdirilib.

Doktor birləşmənin ancaq və ancaq müəyyən insanların qan örnəyinin qarışması ilə meydana gəldiyini müşahidə edib. Bütün kombinasiyalarda aparılan araşdırmalar nəticəsində örnəklər 3 qrupa ayrılıb və Lendşteyner bu qruplara təsadüfi şəkildə A (II), B (III), C (I) adlarını verib. Növbəti illərdə C adı 0 ilə dəyişdirilib və bir neçə il sonra da digər araşdırmaçılar AB (IV) qrupunu kəşf edib.

20-ci əsrin ortalarında amerikalı araşdırmaçı Filip Livayn “Rh” qan faktoruna sahib olub-olmadığına görə qan kateqoriyası təyin etməyin başqa yolunu kəşf edib. Lendşteynerin verdiyi hərf adlarının sonundakı “+” və “-” işarələri də insanın Rh faktoruna sahib olub-olmadığını göstərirdi. Lendşteyner fərqli insanlardan alınan qanları bir araya gətirdiyində bəlli qaydaların üzə çıxdığını da kəşf edib.

 

 

saglamolun.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button