QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb | QIA.AZ


DünyaSəhiyyə

14:00 12.05.2021

Movavi

Hindistanda ötən gün ərzində 348 421 nəfər koronavirusa yoluxub.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə pandemiya dövrü ərzində yoluxanların ümumi sayı 23 340 938-ə çatıb.

Hindistanda koronavirusla əlaqəli gündəlik ölüm sayında növbəti anti-rekord qeydə alınıb. Belə ki, ötən gün ərzində 4 205 nəfər koronavirus səbəbiləhəyatını itirib və ümumi ölü sayı 254 197-yə çatıb.

Ölü sayında əvvəlki sutkalıq rekord mayın 8-də qeydə alınıb ​​və 4 187 nəfər təşkil edib. Bundan əvvəlki anti-rekord isə mayın 6-da qeydə alınıb – 3 980 nəfər.

Hindistan koronavirusa yoluxanların ümumi sayına görə dünyada ikinci yeri (ABŞ-dan sonra), infeksiya səbəbilə ölənlərin sayına görə isə üçüncü yeri tutur (ABŞ və Braziliyadan sonra).

Hire Freelancers



https://qia.az/hindistanda-covid-19-dan-ol%C9%99nl%C9%99rin-sayinda-yeni-anti-rekord-qeyd%C9%99-alinib/