BloqSlider

Hicama nədir ?

Hicama sözü ərəb dilindən tərcümədə vakkum yaratmaq deməkdir. Hicama müalicə üsulu 4000 il əvvəl qədim Çində tətbiq olunub. 1973 cü ildə Çin İmperatorunun tabutunda bir kitab aşkarlanıb və orda 52 xəstəliyin hicama ilə müalicə olunması haqqında qeydlər aparılmışdır.

Hicama müalicə üsulu vakkum terapiya ilə yanaşı həm də refleksterapiyadır. Hicama vasitəsi ilə xəstəliklərin müalicəsində: lokal, seqmentar və reflektor üsullardan istifadə olunur .

Hicama miofassial ağrıları aradan qaldırır, yeni kapiliyarlar yaradaraq qan dövranını yaxşılaşdırır (70% xəstəliklərin yaranma səbəbi qan dövranı pozğunluğu hesab olunur), mübadiləni yaxşılaşdırır, arterial təzyiqi normallaşdırır və reflektor təsir mexanizminə görə orqanların meridianlarında cərəyan edən enerji balansını tənzimləyəcək həmin orqanın sağalma müddətini tezləşdirir.

Hicama müalicə üsulunun da bütün müalicə üsullarında olduğu kimi əks təsirləri də mövcuddur. Buna görə də bu müalicəni tətbiq etmədən əvvəl həkim məsləhəti çox vacibdir.

Bir çox insanlar hicama müalicə üsulunu rituallaşdıraraq dinlə bağlayırlar. Nəzərinizə çatdırım ki, bu müalicə üsulu islam dini yaranmadan çox əvvəl yaranıb və hicamanın tarixində bu müalicə üsulunun Ərəbistanda nə vaxt yaranması haqqında heç bir məlumat yoxdur.

Prosedur zamanı nələrə diqqət edilməlidir ?

✅Xəstə ac qarına olması daha uyğundu

✅Aseptika və antiseptika qaydalarına ciddi riayət olunmalıdır

✅Prosedur zamanı bir dəfəlik istifadə olunan vakkum bankalardan istifadə olunmalıdır

✅Prosedur zamanı istifadə olunacaq vakkum bankaların sayı xəstənin yaşına, çəkisinə, xəstəliyinə görə təyin olunmalıdır

Misirdə yaşayan həkim fizioterapevt Ahmad Rizik Şeref hicama müalicəsi üzrə illərlə təcrübə aparıb və 60 xəstəlikdə onun müsbət nəticəsini əldə edib .

Mən bir həkim fizioterapevt-refleksoterapevt olaraq demək istəyirəm ki, hicama heç də çox həkimlərin düşündüyü kimi plasebo bir effekt deyil. Həqiqətən də hicama çox faydalı bir müalicə üsuludur.

Hər kəsə sağlamlıq arzulayıram.
Bakı Masaj Məktəbi“nin rəhbəri-həkim fizioterapevt refleksoterapevt Aynur Əhmədova.

Hekim.pro

Related Articles

Back to top button