Heydər Əliyev Fondu Tunarın müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu 2 yaşlı Tunarın müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.

Hekim.pro-nun xəbərinə görə, bu barədə Tunara yardım məqsədilə açılan “Instagram” hesabında məlumat verilib.
Məlumata görə, Fond 2 yaşlı Tunarın müalicəsinin yerdə qalan hissəsini öz üzərinə götürüb.

Qeyd edək ki, Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.

2021 04 15 09 24
Heydər Əliyev Fondu 2 yaşlı Tunarın müalicəsini öz üzərinə götürdü 4

HEKİM.PRO