Həkim MəsləhətləriXəstəliklər

Haşimato tiroidi xəstəliyi nədir?

1517569668 1049523 620x360

Haşimato tiroidi, vücudu mikroblardan qorumaq üçün fəaliyyət göstərən maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Başqa deyimlə desək tiroid xəstəliyidir.

İmmunitet.az xəbər verir ki, bu xəstəlik barədə türkiyəli endokrinoloq Funda Orakdöyen danışıb:

“Haşimatonun yaranma səbəbi tam olaraq məlum deyil. Tiroid vəzi iltihabı, ən çox isə tiroid vəzinin çatışmazlığı bu xəstəliyə səbəb olur. İltihab nəticəsində tiroid hüceyrələri kiçilərək hormon istehsal edə bilmir.

Belə xəstələrin 100-də 95-i qadındır”.

Həkim, xəstəliyin genetik olabiləcəyini də qeyd edib. Belə ki, xəstəlik ana və ya atada varsa, övlada keçmək faizi yüksəkdir. 30-50 yaş arası insanlarda daha çox müşahidə edilir.

Haşimato tiroidinin əlamətləri nədir?

İlkin zamanlarda xəstənin şikayəti olmaz. Bu adətən ümumi müayinələr zamanı meydana çıxar. Ancaq irəliləyən zamanlarda artıq əlamətlər üzə çıxmağa balayır.

Həmin əsas əlamətləri təqdim edirik:

5-7 kq artan çəki

Soyuğa qarşı həssaslıq

Tez yorulmaq

Cinsi istəksizlik

Müddəti pozulan menstruasiya

Quru dəri

Hamilə qalmaqda çətinlik

Depressiya

Qəbizlik

Ürək döyüntülərinin azalması

Nəzərinizə çatdıraq ki, tiroid xəstəlikləri xüsusi ağrı verməzlər.

 

immunitet.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button