Gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti - Altsheymer

Gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti – Altsheymer

Gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti – Altsheymer

Böyük Britaniyalı alimlər gündüz yuxusunun daha çox Altsheymer xəstəliyinin əlaməti olduğunu müəyyən edib.
Alimlər bir neçə min yaşlı insanı və onların yuxu rejimini 16 il ərzində müşahidə edib. Müəyyən olub ki, gündüz vaxtı yuxuculluq əksər hallarda Alzheymer xəstəliyinin yarandığına işarədir.
Mürgüdən şikayət edən təcrübə iştirakçıları yuxuculluq hiss etməyənlərdən üç dəfə çox Altsheymer xəstəliyinə meylli olub.
Daha əvvəl alimlər xəstəliyin profilaktikası üçün aktiv həyat tərzi sürməyi və pəhriz saxlamaq lazım olduğunu müəyyən etmişdilər. Lakin yuxu faktoru nəzərə alınmamışdı.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin 1

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə …