Çərşənbə axşamı , Mart 19 2019
Home / Həkim Məsləhətləri / Üzünüzü məsamələrdən təmizləyib parlaqlıq verəcək – Ərik maskasının resepti

Üzünüzü məsamələrdən təmizləyib parlaqlıq verəcək – Ərik maskasının resepti

Isti yay günlərində dərinin qulluğuna qalmaq əsas şərtlərdən biridir. Bu məqamda təbii meyvələr köməyimizə çatır.
 
Medicina.az xəbər verir ki, əriyin dəritəmizləyici xüsusiyyəti  var. Onun köməyi ilə üzünüzü ləkələrdən qurtara bilərsiniz.
Bunun üçün lazımdır:
Bir çimdik darçın
Yarım stəkan süd
Bir çimdik dəfnə yarpağı
1 ədəd yumurta
Bir neçə xörək qaşığı ərik suyu
Ərik suyuna darçını və dəfnə yarpağını əlavə edib, qarışdıraraq qaynadın. Daha sonra süd və yumurta da əlavə edərək qarışdırın. Qarışımı istənilən nahiyyəyə çəkə bilərsiniz. 10 dəqiqə sonra ilıq və bol suyla durulayın. Sızanaqlara qarşı da təsirli olan bu maska dəriyə parlaqlıq verərək, məsamələri təmizləyir.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600