Bazar ertəsi , Avqust 19 2019
Home / Həkim Məsləhətləri / Səsiniz dəyişilibsə… TƏHLÜKƏLİ SƏBƏBLƏR!
b_520_0_16777215_0___images_stories_Maraqlixeber_ses_9

Səsiniz dəyişilibsə… TƏHLÜKƏLİ SƏBƏBLƏR!

b_520_0_16777215_0___images_stories_Maraqlixeber_ses_9

İnsanın səsi onun ən səciyyəvi əlamətlərindən biridir. Bu səbəbdən insanı səsindən tanımaq çox asandır.

Yeniyetməlik dövründə səs dəyişilir. Bu orqanizmdə gedən mürəkkəb hormonal dəyişikliklərlə bağlı olan təbii fizioloji prosesdir.

Yetkin insanda isə səsin dəyişilməsi bəzi ciddi xəstəliklərin və pozulmaların simptomu ola bilər.

– Səsin tutulmasının əsas səbəblərindən biri laringitdir (udlağın iltihabı). Bu zaman səs xırıltılı olur, bəzən tam tutulur, xəstə boğazında göynəmə, qaşıntı hiss edir.

– Əgər səsin “səbəbisz” tutulması 1 həftədən çox keçmirsə, insan boğazında sıxılma, yad cismin olmasını, udma zamanı ağrıları hiss edirsə, bu udlaq şişlərinin simptomu ola bilər.

– Səsin tembrinin dəyişilməsi nəfəsalma sistemi xəstəliklərinin (pnevmoniya, vərəm, hətta ağciyər xərçəngi) simptomu ola bilər.

– Qadınlarda səsin tembrinin dəyişilməsi, səsin daha kobud olması, kişi səsinə oxşaması ciddi hormonal pozulmaların simptomu ola bilər. Bu zaman qadında tüklənmə, menstrual dövrünün pozulması kimi simptomlar da inkişaf edir.

– Səsin dəyişilməsi, tutulması səs təllərində inkişaf edən düyün, polip, şiş və s. kimi törəmələrin əmələ gəlməsi ilə də bağlı ola bilər.

– Böyrəküstü vəzilərinin funksiyasının pozulması zamanı insanın səzi zəif olur, tam tutula bilər, qadınların səsi kişi səsinə bənzəməyə başlayır.

– Səsin xırıltılı, boğuq olması qalxanvari vəzinın funksiyasının azalması ilə (hipotireoz) bağlı ola bilər.

Beləliklə, özünüz və ya ətrafdakılar səsinizdə hər hansı dəyişiklik hiss etdikdə, vaxt itirmədən LOR həkiminə müraciət edin.

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600