Cümə axşamı , Dekabr 12 2019
Home / Həkim Məsləhətləri / Qalxanvari vəzi üçün ən faydalı 7 məhsul

Qalxanvari vəzi üçün ən faydalı 7 məhsul

Qalxanvari vəzi xəstəliklərinə ölkəmizdə tez-tez təsadüf edilir. Bu xəstəliklərin qarşısını almaqda qidalanma çox böyük rol oynayır.

Qalxanvari vəzinin normal fəaliyyəti üçün bu 3 maddə olduqca vacibdir: yod, selen və tirozin amin turşusu (orqanizmdə fenilalalin amin turşusundan sintez olunur).

Bu maddələrin  çatışmazlığı qalxanvari vəzinin funksiyasının zəifləməsinə və hipotireozun inkişafına səbəb ola bilər. Bu vacib maddələri insan müxtəlif qida məhsullarından ala bilər.

Saglamolun.az qalxanvari vəzinin normal fəaliyyəti üçün vacib olan məhsulların siyahısını təqdim edir:

1. Dəniz duzu, yodlaşdırılmış duz (yod)

2. Dəniz balığı (yod)

3. Feyxoa (yod)

4. Ət və toyuq qaraciyəri (selen)

5. Yumurta(selen, tirozin)

6. Süd məhsulları (yod, tirozin)

7. Ət, toyuq (selen, tirozin)

 

saglamolun.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600