Çərşənbə axşamı , May 21 2019
Home / Hamiləlik / Hamiləlik Zamanı Qəbizlik Nə Zaman Başlayır? Müalicə Yolu NƏDİR?

Hamiləlik Zamanı Qəbizlik Nə Zaman Başlayır? Müalicə Yolu NƏDİR?

Qəbizlik hamilələrin başına ən tez – tez gələn problemlərdən biridir.Məlumatda xanımlara bu istiqamətdə yardım etməyə çalışacağıq.

Hamiləlik dövründə qadınların orqanizmində proqesteronun miqdarı artması əzələlərin yumşalmasına səbəb olur ki, bunun da nəticəsində həzm sisteminin fəaliyyəti zəifləyərək qəbizlik yaranır.Qəbizliyin yaranmasının ən böyük səbəbi isə orqanizmdə olan bütün hormonların sayının artmasıdır.Hamiləliyin ilk həftələrindən etibarən qəbizlik problemi özünü göstərə bilər.Proqesteron hormonunun artması isə 9 – 32 ci həftələr arasında baş verdiyi üçün bu problem özünü ən çox bu zamanlarda göstərir.

Mövcud problemi aradan qaldırmaq üçün bir neçə xalq təbabəti üsulları ilə müalicə yolları vardır :

– Gecə yatmazdan əvvəl 3 – 4 ədəd qaysını suyun içərisinə qoyun və səhərə kimi saxlayın.Səhər yuxudan durduqdan sonra yemək yeməzdən yarım saat əvvəl ilk əvvəl qaysıları daha sonra isə suyunu için.Təsirini özünüz hiss edəcəksiniz.

– Səhər yuxudan durduğunuz zaman dalbadal 2 stəkan su için.Prosesi 1 həftə təkrar edin və effektini tez zamanda görəcəksiniz.

– Buğda nişastasını ayran kimi hazırlayıb için.Qəbizlik üçün faydalıdır.

– Ac qarına alma yeyin.İsti su için.Göyərti və armud yeyin.

– Hərəkətsiz qalmaq olmaz.Ən azı 1 saat gəzməli və 10 – 12 stəkan su içməlisiniz.

– Banan, qabıqsız alma, kartof və yerkökü qəbizlik yaradan məhsullardır.Onlardan bir qədər uzaq durmağa çalışın.

– Hər gün 1 yemək qaşığı bal yaxud da bəkməz yeyin.

– Hər öynə yemək yeməmişdən öncə 1 qaşıq zeytun yağı udun.

– Lifli məhsulardan, sıyıqlardan, meyvə və tərəvəzlərdən daha çox istifadə edin.

 

aile.fenomen.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600