Çərşənbə , İyul 17 2019
Home / Həkim Məsləhətləri / Hər gün təkrarlanan bu 7 vərdiş döşlər üçün çox təhlükəlidir
en-tuhaf-gogus-implanti-hikayeleri

Hər gün təkrarlanan bu 7 vərdiş döşlər üçün çox təhlükəlidir

en-tuhaf-gogus-implanti-hikayeleri

Döşlərin hansı formada qalması bəzən qadınların özlərindən asılı olur. Qadınların döşləri 21-25 yaşlarına kimi inkişaf edir və tam formalaşmış olur. Bu yaşdan sonra iə qadınların döşləri öz formalarını dəyişməyə başlayır. Bəzi vərdişlər vardır ki, onlar qadın döşlərinin pis formada dəyişilməsinə səbəb olur. Bu vərdişlərə aşağıdakılar aiddir.

Siqaret

Siqaret çəkmək dərinin elastikliyinin pozulmasına səbəb olur. Bu zaman elastikliyi pozulmuş dərinin daxilində olan əzələlər dərinin sallanmasına gətirib çıxarır. Bu ən çox da döşlərdə özünü biruzə verir. Siqaret çəkən qadınların bu səbəbdən döşləri eninə böyüyür və sallanır.
Pis duruş tərzi
Düzgün olmayan duruş tərzi insanın çiyinlərinə, onurğasına cə döşlərinə təsir edir. Bu duruş təbii olmayan duruş tərzidir. Bu zaman qadın çiynini qabağa doğru əymiş olur və ya kürəklərini əyərək əyri duruş şəkli alır. Bu duruş tərzi də döşlərin sallanmasına səbəb olan amillrdən biridir.

Fiziki hərəkətlər

Hər gün eyni fiziki işin həyata keçirilməsi zamanı edilən hərəkətlər döşlərin quruluşuna təsir edir. Bu hərəkətlər hansı bir idman növü ilə məşğul olan zamanda da meydana çıxa bilər, gündəlik məşğuliyyətimiz zamanı da. Belə olduğu zamanlarda idman edənlər üçün hazırlanmış xüsusi büstqalter taxılmalıdır.

Ciddi dieta

Ciddi dieta saxlayan zaman orqanizmdə arıqlama baş verirki, bu zaman bu döşlərdə də özünü göstərir. Sürətl arıqladıqda döşlər arıqlayıb sallanır.

Günəş şüaları

Uzun müddət günəş şüaları alatında dekolte paltarda qaldıqda ultrabənövşəyi şüalar döşün dərisinə təsir edir. Bu zaman dəri əvvəlki təravətini itirir və elastikliyi azalır. Belə olduğu zamanlarda da döşılər sallana bilir.

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600