Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Həkim Məsləhətləri / Diqqətin defisiti və hiperaktivlik

Diqqətin defisiti və hiperaktivlik

Bu sindrom ən çox uşaqlar və yeniyetmələrdə müşahidə olunur. Bəzi məktəblilər, diqqət defisiti sindromundan əziyyət çəkir. Əsas əlamətləri: dağınıq fikir (fikri cəmləmək qabiliyyətinin olmaması), impulsivlik (ilk istəyi yerinə yetirmək qabiliyyətinə nəzarətin pozulması), hiperaktivlik (yüksək aktivlik, narahat vəziyyət)
Simptomları:
Diqqətin zəifləməsi – uşaq daima kənar səslərə və əşyalara baxaraq fikrini yayındırır. Kiçik xırdalıqlara fikir vermir və ya onları unudur, həmişə diqqətsizliklə özünü göstərir. Oyuncaqları, qələmləri, kitabları itirir və unudur. Növbədə sakit gözləyə bilmir.
Hiperaktivlik – uşaq daima sakit oturmur, fırlanır, ayaqlarını sallayır. Oturmaq lazım gəldikdə o oturmur, ayaq üstə durur, qaçır. Suala qulaq asmamış cavab verir.
Siz nə edə bilərsiniz:
Uşağın vəziyyətini mütləq peşəkar pedaqoq vəya psixoloq qiymətləndirməlidir. Məktəb proqramının sizin uşağa uyğun olub olmadığını müəyyən etməlisiniz. Oxuduğu sinif sizin uşağınızın səviyyəsinə uyğun deyilsə, onun həyatıni elə təşkil edin ki, o öz enerjisini üzə çıxara bilsin. Belə uşaqları tərbiyə etmək çox çətindir. Uşağın üstunə acıqlanmayın, çox ciddi olmayın. Necə olursa olsun onu sevdiyini ona başa salın. Dərdinizi həkimlə, müəllimlə bölüşün.
Həkim nə edə bilər:
Həkim uşağın vəziyyətini qiymətləndirir, müvafiq davranış və terapiya dərmanları təyin edir, valideynlər və müəllimlərə məsləhət verir.

 

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600