Cümə axşamı , Yanvar 24 2019
Home / Həkim Məsləhətləri / Çanaq orqanlarının iltihab xəstəliyi

Çanaq orqanlarının iltihab xəstəliyi

Çanaq orqanlarınınm iltihab xəstəliyi (ÇOİX) qadın reproduktiv orqanlarının infeksiyalaşmasıdır vəəksər hallarda cinsi yolla yoluxan infeksiyaların (xlamidiya, qonoreya) ciddi fəsadlarından biridir. Bu zaman qadının uşaqlığında, yumurtalığında və ya  fallop borularında dönməz dəyişikliklər baş verə  bunlar sonsuzluqla nəticələnə bilər. Digər cinsi yolla yoluxmayan  infeksiyalar da ÇOİX-yə səbəb ola bilər.

ÇOİX hallarında müşahidə oluna bilən əlamətlər

–      Qarının aşağı hissələrində ağrılar

–      Qeyri-adi xoşagəlməz iyli vaginal ifrazat

–      Qeyri-müntəzəm menstrual qanaxmalar

–      Cinsi əlaqə zamanı ağrı

–      Qızdırma və ya yüksək hərarət

–      Sidik ifrazı zamanı ağrı, göynəmə  ya diskomfort

Bir çox hallarda ÇOİX yüngül və ya əlamətsiz də keçə bilər.

Risk faktorları

–    Müalicə olunmamış cinsi yolla yoluxan infeksiyalar (CYYİ)

–    Cinsi partnyorların sayının birdən çox olması (infeksiya riskini artırır)

–    Əvvələr keçirilmiş ÇOİX (anamnezdə)

–    Cinsi aktivliyi olan və yaşı 25-dən az olan qadınlar

–    Uşaqlıq yolunun müntəzəm sürətli su axını və ya şırınqa ilə yuyulması (“sprinsovka”) çox vaxt əsas xəstəliyin klinik əlamətlərinin gec aşkar edilməsinə səbəb olur

–    Yaxınlarda kontrasepsiya məqsədi ilə uşaqlıqdaxili vasitənin (UDV, spiral) yeridilməsi

ÇOİX-nin fəsadları

• İltihab nəticəsində yaranan çapıq toxuma uşaqlıq borularının mənfəzini bağlamış olur.

• Uşaqlıqdan kənar hamiləlik qadının həyatı üçün ciddi təhlükə yaradır və bir çox hallarda güclü qanaxmaya səbəb ola bilər. Uşaqlıqdan kənar hamiləlik hallarında təcili cərrahi əməliyyatın aparılması tələb olunur.

• Sonsuzluq – ÇOİX-nin müalicəsi gecikdirildikdə  ya aparılmadıqda sonsuzluq riski kəskin dərəcədə artır.

• Xronik çanaq ağrıları – cinsi əlaqə  ovulyasiya zamanı ağrılar aylarla və ya illərlə davam edə bilər.

Diaqnostika

ÇOİX-nə şübhə yarandıqda mümkün qədər tez bir zamanda həkimə (terapevt, ailə həkimi və ya ginekoloq) müraciət edilməlidir.

ÇOİX-nə şübhə olduqda həkim mütləq şəkildə aşağıdakı müayinələrin aparılmasını təmin edir: ginekoloji müayinə, ifrazatın mikroskopik müayinəsi, infeksiyanın təsdiq edilməsi  üçün qan analizləri və canaq orqanlarının USM-i .

Müalicə

• Erkən aşkar olunduqda ÇOİX-in müvafiq antibakterial preparatlarla (antibiotiklər) effektiv müalicəsi mümkündür.

• Müalicə kursu mütləq başa çatdırılmalıdır və hətta yaxşılaşma qeyd edildikdə belə yarımçıq dayandırılmamalıdır.

• Cinsi partnyor(lar) da mütləq müayinə  müalicə olunmalıdır.

• Müalicə zamanı, habelə müalicə bitdikdən sonra təkrar təyin eidlmiş laborator analizlər tam sağalmanı göstərənə qədər cinsi əlaqədən  çəkinmək məsləhət görülür.

• Qeyd edilməlidir ki, bir sıra cinsi yolla yoluxan xəstəliklərə dair Səhiyyə Nazirliyinin müvafiq mərkəzlərinə həkim tərəfindən məlumat verilməlidir. Bu əhalinin həmin infeksiyalara yoluxmasının qarşısının alınmasında mühüm addımdır.

Profilaktika

• Təhlükəsiz cinsiəlaqəprinsiplərinəriayət etmək (monoqam vəya bir cinsi partnyor iləcinsi münasibətlər, lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə)

• ÇOİX-yəvəya hansısa bir cinsi yolla yoluxan xəstəliyəşübhəyarandıqda həkiməmüraciət etmək və diaqnoz təsdiq edildikdəmüvafiq müalicəalmaq

• Mütəmadi ginekoloji müayinədən keçmək

 

saglamliq.isim.az

 

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600