Çərşənbə , Avqust 21 2019
Home / Həkim Məsləhətləri / Bir yaşında uşaq nələri bacarmalıdır?

Bir yaşında uşaq nələri bacarmalıdır?

Bir yaşında uşaq nələri bacarmalıdır?
Normal inkişaf etmiş bir yaşlı uşağın çəkisi 9,5-10,5 kq ağırlığında və boyu 74-76 sm uzunluğunda olmalıdır.Bu ölçülər uşağın genetik əlamətlərinə əsaslanaraq az miqdarda azala və ya arta bilər.Bir yaşı olan uşaq nələri bacarmalıdır?
12 aylığında olan uşaq əlinin köməyi ilə gəzə və iməkləyə bilir.
12 aylıq uşaq bir əlində iki kiçik əşyasnı saxlaya bilir.
12 aylıq uşaq əlindəkini qarşısında olan adama uzadıb verə və ya onun əlindən nəyi isə ala bilir.
12 aylıq uşaq barmağı ilə istədiyi əşyanı göstərə bilir.
12 aylıq uşaq arxasını yastığa söykəmədən otura bilir.
12 aylıq uşaq oyuncaq kubları üst-üstə yığa bilir.
12 aylıq uşaq əli ilə öpüş göndərə bilir.
12 aylıq uşaq əlindəki qaşığı ağzına aparmağa çalışır.
Bu dövrdə uşaqların psixologiyasında aşağıdakılaar baş verir:
Bir yaşındakı uşaq 20 qısa söz söyləyə,və hər gün gördüyü bəzi əşyaların adını deyə bilir.İkihecalı sözləri hecalarla tələffüz eləməyə çalışır,ona deyilən səsləri söyləyir.Bu yaş dövründə olan uşaqlar həmyaşıdları ilə oynaya bilirlər,amma əksər hallarda onlar arasında komfliktlər baş verir.
Bir yaşında olanlar ailə üzvləri və ya yad adanların arasında olan fərqi bilirlər.Onlar valideyinlərinin,pişiyin və ya itin dalı ilə gəzməyi xoşlayırlar.Bu dövrdə uşaqlar özlərinin bacardığı işdən fərəhlənə bilirlər.
Bir yaşdan başlayaraq uşaqlara xoşagəlməz şeylərdən uzaq durmağa qadağanların qoyulmasını əsil zamanı çatmış olur.
Bu yaş dövründə uşaqların qidalanma və yatma rejimində də dəyişikliklər baş verməyə başlayır.Onlar səhərlər 9-10 radələrində yuxudan oyanır,gündüz 14-15 radələrində günorta yuxusunu yatırlar.Bu zaman onlar gündə 1 dəfə və 2-3 saat yatırlar.Bir yaşında olan uşaqlar axşam saat 22-23 arası yatırlar.
Bir yaşında olan uşaqlarla anaları nə qədər söhbət edərsə onlar bir o qədər tez dil açarlar.Uşaqıarın həmyaşıdları ilə ünsiyyətdə olmağı isə onların inkişafını tezləşdirir.
Uşaqlar bu yaş dövründə gəzməyə başlayırlar.Mütəxssisilər gəzərkən yıxılan uaqların valideyinlərinə qaçıb uşaqlarını durğuzmağa çalışmalarını məsləhət bilmir.Çünki,uşaqların yıxılarkən özlərinin durmağa çalışmaları onların gələcək həyatında çox rolu olur.Uşaqlarınıza yardımı yanlız bərk yıxılarkən və ağlayarkən edin.Bu yaşda uşaqların yalnız xarça üzərində deyil,qumun və otların üstündə də gəzmələrində fayda var.

 

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600