Çərşənbə , Avqust 21 2019
Home / Həkim Məsləhətləri / Avitaminozun əmələ gətirdiyi xəstəliklər və ondan xilas olmağın yolları

Avitaminozun əmələ gətirdiyi xəstəliklər və ondan xilas olmağın yolları

Avitaminozun əmələ gətirdiyi xəstəliklər və ondan xilas olmağın yolları

Yaz aylarında insanların ən çox rastlaşdıqları patologiyalardan biri də avitaminozdur.

Avitaminoz ən çox mart aylarında meydana çıxır. Avitaminoz insanda yorğunluq, halsızlıq hissi yaradır, əhval ruhiyənin pozulmasına səbəb olur və tez-tez respirator xəstəliklərə yaxalanma riskini artırır. Mütəxəssislər bu əlamətlərin olmaması üçün avitaminozun təbii yollarl aradan qaldırılmasını məsləhət görürlər. Avitaminoz orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur:

  • * xroniki yorğunluq
  • * əsəbilik, qəzəblənmə, baş ağrıları
  • * ürəkbulanma
  • * diqqətsizlik, yaddaşın azalması, fikri bir yerə toplaya bilməmək
  • * saçların və dırnaqlarn qopması, dərinin səpgilərə meyilli olması
  • * diş əti qanaxmaları
  • * iltihabi xəstəliklərin baş verməsi
  • * yuxarı və aşağı ətraflarda ağrı
  • * maddələr mübadiləsinin pozulmaları
  • * depressiya

Həkimlər aşağıdakı qidalardan istifadə etməklə orqanizmdəki avitaminozun aradan qalxmasını məsləhət bilirlər.

  • * qırmızı və sarı rəngli meyvə-tərəvəz
  • * qaraciyər
  • * rəgli balıq və dəniz məhsulları
  • * mal əti
  • * göyərti
  • * toyuq əti və soyutma yumurta
  • * qarabaşaq
  • * yulaf
  • * quru meyvələr
  • * qoz
  • * taxıl məhsulları

Mütəxəsislər qəbul edilən hər bir qidanın balanslaşdırılmasını məsləhət bilir. Təmiz havada gəzinti də avitaminoz zamanı orqanizm üçün çox faydalıdır. Avitaminoz zamanı orqanizmin halsız olmasına baxmayaraq mütəxəssislər gün ərzində yüngül idman etmək üçün ən azı yarım saat vaxt ayımağı məsləhət bilir.

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600