Xəstəliklər

Günvurma

Günvurma — əsasən və daha çox 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xərçəng, şəkər xəstələri, təzyiq və böyrəkləri ilə bağlı problemi olan olan insanlarda, düzgün qidalanmayan və yalnış pəhriz saxlayanlarda, psixoloji problemi olanlarda və hamilə qadınlarda təsadüf edilir.

Dərəcələri

Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır:

  • yüngül dərəcə
  • orta dərəcə
  • ağır dərəcə
Yüngül dərəcə

Ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir.

Orta dərəcə

Kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huşitirmə halları ilə müşahidə olunur.

Ağır dərəcə

Günvurmanın ağır forması hətta, ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.

Related Articles

Back to top button