qehve 9

Gündə 3 fincan qəhvə içmək bu xəstəliklərdən qoruyur

Axşam.az xəbər verir ki, dünya səviyyəsində aparılan araşdırma hər gün qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Alimlər hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.

Onların sözlərinə görə, dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrium, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər.

 

Saglamolun.Az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir