hilba

Güldəfnə toxumu – Hilba və onun faydaları

Güldəfnə toxumu (Hilba)

Latınca adı. Trigonella foenum-graecum.
Türkcə adı. Çemenotu.
İngiliscə adı. Fenugreek.
Rusca adı.  Pajitnik sennoy.

Yayılması

Avroğa, Asiya, Amerika, Afrika demək olar ki, güldəfnə dünyanın çox hissəsində bitən bir bitkidir. Azərbaycanda güldəfnə əkilməsədə yabanı halda bitir. Əgər respublikamızda əkilsə çox yaxşı bitər və bol məhsul verər.  

Botanikası

Bir illik 40-60 santimetrə qədər boyu olan bitkidir. Bitkinin saplağı tam yuvarlaq olmasada içərisi boşdur. Yarpaqları yonca kimi üç yarpaqdır. Yarpaq sapları yarım santımdır. Yarpaqlar biraz qalın üst hissəsi tüklüdür. Çiçəklər 10-15  mm  qədər olub, yarpaq diblərindən saplaqsız olaraq çıxar. Meyvələr lobya kimi qının içərisində olub, 5-10 sm-lik qının içərisində olurlar. Hər qında 15-20 ədəd toxum olur. Toxumlar 3-5mm olub sərtdirlər. Rəngi tünd sarıdır. Özünəməxsus bir qoxusu vardır.

Kimyəvi tərkibi

Güldəfnənin tibdə toxumları (bəzən meyvədə deyirlər) istifadə olunduğundan kimyəvi tərkib yalnız meyvələr haqqında olacaqdır. Tərkibində steroidli saponinlər  (diosgenin) və qələvi xassə  olaraq isə  trigonellini-dən təşkil olunmuşdur. Bunlardan başqa toxumlarda diosgenin, gitogenin, və tigogenindən təşkil olunmuş fenugreekin steroidal sapogeninlər aşkar edilmişdir. Toxumların tərkibində flavonoidlərdən  viteksin, naringenin, kersetin, trisinlər aşkar edilmişdir. Güldəfnəyə özünəməxsus qoxunu verən maddə isə stolon və linalol, asetil turşusu, butanol turşusu, izovalerian turşusu kimi maddələr qarışığından ibarət birləşmələrdir.  Toxumların tərkibində zəngin kalsium, dəmir və beta karotinlər vardır. Toxumlarda 30 faiz zülal, 26 faiz nişasta, 13 faiz lif və 4 faiz qatran vardır.

Güldəfnənin (Hilba) xalq təbabətində istifadəsi

Azərbaycanda bəzi insanların hilba dedikləri, əsl adı isə samanlıq güldəfnəsi olan bu bitkinin faydalarını saymaqla bitməyən bir bitkidir. Güldəfnə toxumu bir enerji mənbəyidir, kimyəvi tərkibinə diqqət yetirəndə o qədər zəngin bir tərkibi vardır ki, bu zənginlik bitkini müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyimizə imkan verir.  Zəifləmiş bədən boydan balaca orqanizm, dəmir çatışmazlığı, kalsium çatışmazlığı, əzələ ağrıları, əzələ qıcolmaları, yorğunluq, iştahsızlıq, cinsi zəiflik, adət (aybaşı) pozğunluqları, sonsuzluq, öskürək, xroniki bronxit, bağırsaq təmbəlliyi, qasdtrit, kolit, klimaks pozğunluqları, klimaks dövründəki bədən istiləşməsi, klimaks dövründəki kalsium itkisinin qarşısını almaq üçün güldəfnə əsl kalsium mənbəyidir. Güldəfnə əsl antioksidant mənbəyidir. Həm xoş xassəli, həmdə bəd xassəli şişlərin müalicə və profilaktikasında güldəfnə faydalıdır. Zəngin antioksidantlar həmdə bədəni sağlamlaşdırır, bədəni sərbəst radikallardan təmizləyir. Antioksidantlar həmdə ziyanlı xolesterinin miqdarını azaldırlar.  Güldəfnə qaraciyərin dostudur desək yanılmarıq. Güldəfnə qaraciyərin yüksəlmiş olan bütün fermentlərində faydalıdır. Güldəfnə qaraciyərin filtr qabiliyyətini yüksəldir. Tərkibindəki antioksidantlar və beta karotinlər dəri və gözlər üçün olduqca faydalıdırlar.

Güldəfnə ən güclü immunostimulyatorlardan biridir

200 qram güldəfnə toxumlarını bir gün suda saxlayın, sonra sərib daha bir gün saxlayın sonra ət maşından keçirib 1 kq bal ilə qarışdırın. Bu məcundan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 dolu çay qaşışğı yeyin. Çox əla bir boy artırıcıdır bu məcun həm kişilərdə və həmdə qadınlarda cinsi zəiflikdə faydalıdır. Sonsuzluğun müalicəsində bu məcun çox faydalıdır. Göz zəifliyində,  yorğunluqda yaddaş zəifliyində,ağrılı  klimakslarda, çox tərləmələrdə, təzyiqin düşməsində, qan azlığında olduqca faydalıdır. Bu məcun qadınların süd vəzilərini böyüdür. Qadınların bud və baldır hissələrini dahada ətləndirir. Güldəfnənin təkibindəki zəngin sellüloza qəbizliyin qarşısını alır, bağırsaq təmbəlliyinin qarşısını alır, babasilin müalicəsində faydalıdır. Güldəfnədən hazırlanmış çay qanda şəkərin səviyyəsini azaldır, ana südünü artırır, əsəb sakitləşdirici və yuxunu dərinləşdirici bir təsir göstərir. Güldəfnə çayının ac qarına ilıq vəziyyətdə gündə 3 dəfə içilməsi ezofaitlərdə (qida borusu yanması), qastritlərdə (mədə divarının iltihablaşması) və 12 barmaq bağırsaq divarının erroziyalarında çox faydalıdırlar.  100 qram  güldənə toxumlarını 1 gün suda saxlayıb yenə bir gün sərili saxlayıb sonra ət maşından keçirib   böyümüş dalaq üstünə axşamdan qoyub səhər açın bunu 2-3 gün etdikdən sonra yenisini hazırlayın 1 ay tam istifadədən sonra böyümüş  dalaq ölçülərində kiçilmə görəcəksiniz. Güldəfnə toxumunun yağıda çox faydalıdır. Yağı 2 formada alınır. Birincisi diffuz yağ yəni 200 qram zeytun yağına 40 qram üyüdülmüş güldəfnə qarışdırıb ağzını kip bağlayıb sobada 50 dərəcədə 2 gün saxlayıb süzün bu zaman güldəfnənin tərkibinin çox hissələri yağa keçəcəkdir. İkincisi güldəfnə toxumundan alınmış efirli yağlar. Bunu belə edirsiniz. Əvvəlcə 100 qram güldəfnəni 1 litr suda yarım saat dəmləyirsiniz daha sonra distillat aparatında qaynadıb əmələ gələn buxarı soyuq suyun içərisindən keçirib buxarı suya çevirib kondensləşdiririk bu zaman buxar suya çevrilir və damcı damcı toplanılır. Yağ sudan yüngül olduğu üçün qabın yuxarısında yığılıb qalacaqdır. Bu yağ şpirislə vəya bölücü qıfla alınır. Deməli distillat ilə alınan yağ çox qüvvətli yağdır. Belə yağı birbaşa istifadə etmək olmaz bunu 4-5 damcı 2 xörək qaşığı başqa duru yağ ilə qarışdırıb istifadə edə bilərsiniz. Müalicəvi məqsədlə hər iki yağdan istifadə edə bilərsiniz. Güldəfnə yağı saç tökülmələrində çox faydalıdır. Baş dərisindəki kəpəklənmə əleyhinə və saçqıranlar zamanı yağ həm saç diblərinə çəkilir həmdə saçlara çəkilir 2-3 saat sonra yuyulur.  Dəri ləkələrində, sızanaqlarda, çivzələrdə istifadəsi faydalıdır. Dərini təravətləndirmək üçün yağ çox faydalıdır. Güldəfnə yağını əminliklə göz altındakı tündləşmiş ləkələrə çəkə bilərsiniz.  

Elmi araşdırmalarda Güldəfnə (Hilba)

  1. Hipoqlikemik təsir. (şəkəri aşağı salma təsiri)
  2. Antixolesterin təsir.
  3. Antioksidant olaraq xərçəng əleyhinə təsir.
  4. Qastroprotektor təsir.
  5. Antinosiseptik təsir. (təbii ağrıkəsici təsir)
  6. İltihab əleyhinə təsir.
  7. Antilipit təsir.
  8. İmmunistimulyator təsir. (immunitet gücləndirici)
  9. Süd artırıcı təsir.
  10.  Hormonal nizamlayıcı təsir.
  11. Antimukolitik təsir (bəlğəmgətirici)
  12. Antidepressiv təsir.
  13.  Analgetik təsir. (ağrıkəsici)
  14. Kordiovaskulyar təsir. (ürək qan damar xəstəlikləri əleyhinə)

Güldəfnənin antioksidant təsiri

Güldəfnə toxumlarının dəmləməsindən alınan ekstrakt DPPH rafikallarını neytrallaşdırıcı təsir göstərmişdir. Güldəfnənin bir neçə üsulla alınmış ekstarktlarını  (bunlara petonal efiri çıxarışı, etanol çıxarışı, diklorometan, metonal, heksan, etil turşusu) sərbəst radikallara qarşı yoxlamışlar, ən güclü təsir göstərəni etanol efiri ilə alınmış ekstrakt olmuşdur.  5 dəqiqə müddətində  89,12 faiz. Qalan ekstraktların da demək olar hamısı az nisbət aşağı olmaqla təsirlərini göstərmişlər.

Güldəfnənin sulu dəmləməsi  5 və 20 gün hər kiloqrama 75 mq verilmişdir, əvvəlcə  qlutatyon səviyyələri 11,41-dən 14,83-ə  C vitamini isə 12,36-dan 19,54-ə yüksəlmişdir. (xatırladım bu sınaqlar artrit xəstələri üzərində aparılmışdır). Artritə səbəb olan TBARS səviyyəsində isə 50 faiz azalma müşahidə edilmişdir.

Asetilxolinesterazafermentinin blokatoru

 Güldəfnətoxumlarından əldə edilmiş ekstraktı və qalantaminin təsirləri  asetilxolinesteraza fermentininin blokatoru kimi  öyrənilmiş  güldəfnə ekstraktında  233 qalantamində isə 1.21 nəticələr aydınlaşdırılmışdır. ((asetilxoliesteraza fermentinə aydınlıq gətirim deməli bu ferment sürətlə parçalandığına görə sinir keçiriciliyini sürətləndirir, bu fermentin ləngidici təsiri isə sinalların sinirlərdən əzələrə ötürülməsinin qarşısı alınır sonda əzələ ifliclərinə səbəb olur.)

Antikoaqlüant (laxtalanma əleyhinə) təsir

30 sağlam insana güldəfnənin sulu dəmləmələri verilmiş sonda qan durulaşdırıcı effektinin olması aydınlaşmışdır.  

Güldəfnənin hormonal təsiri

Bir qrup qadınlara könüllü olaraq güldəfnə dəmləməsi verilmiş bir müddətdən sonra yumurtalama hormonlarında artım qeydə alınmışdır. Esterogen hormon miqdarında artım qeydə alınmış esterogenin antoqonisti olan İCİ-yı 47,5 faiz blokadaya almışdır.

Sitotoksik (hüceyrə zədələnməsinin qarşısını alma) təsiri

Güldəfnənən ekstraktı xərçəng hüceyrələri üzərində hər kq-a 100-200 və 300 milliqram sulu ekstrakt olmaqla (24, 48, 72, və 96 saat) müddətində təsirləri öyrənilmişdir. Nəticələrə görə T limfoma, qalxanvari vəz xərçəngi xəstəliyində ekstrakt içildikdən sonra hüceyrələrin sıradan çıxmasının qarşısı alınmışdır. 96 saatdan sonrakı nəticələrdə isə 70 faiz sağ qalmış hüceyrələr müşahidə olunmuşdur.

Güldəfnənin antidiabetik təsiri

Güldəfnənin şəkər üzərindəki təsirlərini öyrənmək üçün siçanları, dovşanları və itləri 40-45 gün boyunca qanlarında  şəkərin səviyyəsini artıraraq şəkər xəstəliyi əmələ gətirmişlər. Heyvanların yeməklərinə və içdikləri suya güldəfnə ekstraktı qarışdırlmaqla güldəfnənin şəkərə təsirini öyrənmişlər. Ümumən 2,5 dəfədən çox qanda şəkərin aşağı salınmasına nail ola bilmişlər.

Antilipid təsir

Siçanlara bir müddət güldəfnə dəmləməsi verilmiş LDL 0,35-dən 0,18 miqdarına düşmüşdür. Triqliseridlər 80-dən 60 düşmüş, xolesterin səviyyəsi isə 20,42 faiz aşağı düşmüşdür.

Güldəfnənin iltihabəleyhinə təsiri

Pəncəsində iltihab əmələ gətirildikdən sonra bir qrup siçanın hər kiloqramına 75mq güldəfnə ekstratı verildikdən sonra qanda AST səviyyəsində 30 faiz, ALT səviyyəsində 58 faiz, aşağı düşmələr baş vermişdir.

Sonda

Bu yazı güldəfnə toxumu   haqqında ümumi məlumat idi güldəfnə  toxumunun  hansı xəstəliklərdə və hansı bitkilərlə necə qarışdırıb və  necə istifadə etməni qarşıdakı yazılarımızda oxuya bilərsiniz. Fizuli Hüseynov