Göyçayda ağır yol qəzası, ölənlər var - QIA.AZ

Göyçayda ağır yol qəzası, ölənlər var – QIA.AZ


Göyçay rayonunun Xəlitli kəndində “Mercedes” və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



https://qia.az/goycayda-agir-yol-q%C9%99zasi-ol%C9%99nl%C9%99r-var/