QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Goranboy sakini minaya düşüb – QIA.AZ


Goranboy rayon sakini minaya düşüb.Bu barədə QİA.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. “Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar. Şahin Qarayevin xəsarət aldığı məlum olub. Hazırda yaralı xəstəxanaya aparılır”, – Mətbuat Xidmətindən bildirilib.



https://qia.az/goranboy-sakini-minaya-dusub/