Xəstəliklər

Gicgah epilepsiyası

Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen gicgah epilepsiyaları ayırd edilir.

Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası (malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar aid edilir. Birincili epilepsiya ocağının baş beyində lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər mövcuddur.

Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır.

Related Articles

Check Also
Close
Back to top button