gəzən cəsəd sindromu

Gəzən cəsəd sindromu

Sindromun ikinci adı “Kotard”dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Nevropsixiatrik pozğunluq olan “Gəzən cəsəd sindromu” Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına alınıb.

Haqqında

Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında müşahidə edilib. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəyib. Nadir rast gəlinən bu sindromda sayıqlamalar, özündən və dünyadan təcrid olunma, ölümsüzlük düşüncələri, hallüsinasiyalar, intihar düşüncələri və pessimizm müşahidə edilir. Bu sindroma kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Xəstəliyin başlanğıc yaşı 52-dir. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb.

Əlamətləri

Xəstələr “beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil” kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır”. Bu günə kimi xəstəliyin yaranma səbəbləri tibb aləmində aşkar edilməyib. Sonuncu dəfə xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq çəki itirib.