ENERGIE DRINK

Tərkibi:
Taurin – 1.82q/100q
Kofein – 0.20q/100q
Qlükoronolakton – 0.44q/100q
İnozitol– 0.09q/100q
Vitamin C – 30mq,
Vitamin B2 – 0.8mq,
Vitamin B3 (nikotinamid) – 9,0 mq,
Vitamin B5 (pantoten turşusu)– 3,0 mq,
Vitamin B6 – 1mq,
Vitamin B12 – 0.5mkq
Köməkçi maddələr:
Natrium hidrokarbonat, aromatizatorlar: çuğundur şirəsinin tozu, şəkər, limon turşusu, dekstroza
Farmakoloji xüsusiyyətləri:
Additiva Enerjili içki – suda həll olunan taurin, kofein, qlükoronolakton və vitaminlərlə zəngin olan enerjili içkidir.
- Taurin sinir və əzələ hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
- Qlükuronolakton adenozin-3-fosfor turşusunun (enerji mübadiləsi-ATF) sintezini artırır.
- B qrupu vitaminləri sinir sisteminə müsbət təsir edir.
- Orqanizmin daxili enerji ehtiyatlarını stimulə edərək fiziki və zehni yorğunluğu sürətlə aradan qaldırır.
- Mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.
- Sinir mediatorlarının çatışmazlığı nəticəsində yaranan əzginlik, yuxululuq, diqqəti cəmləyə bilməmək kimi halları aradan qaldırır.
- Fiziki və psixi yüklənmələrə qarşı dözümlülüyü artırır.
- Idman məşqlərinin effektivliyini artırır.
- İdmanla və ağır fiziki işlə məşğul olanlarda enerji tələbatını ödəyir.
- Əzələlərdə toplanmış tullantı məhsullarını (süd turşusu) kənarlaşdırır.
- Əzələlərin daha effektiv yığılmasına şərait yaradaraq onların funksionallığını artırır.
- Əzələ yorğunluğu və əzginliyi aradan qaldırır.
- Diafraqma əzələsinə təsir edərək onun yığılmasını artırır və nəticədə fiziki iş zamanı tənəffüs aktı asanlaşır.
Göstərişlər:
- İdmançılarda– məşqlərin effektivliyini artırmaq məqsədilə məqsədilə
- İdmanla və ağır fiziki işlə məşğul olanlarda– enerji tələbatını ödəmək
- Tələbələrdə və zehni işlə məşğul olan digər insanlarda -diqqəti cəmləməyə kömək etmək üçün
- Ofis işçilərində, gecə növbəsində çalışanlarda -yorğunluğu və əzginliyi aradan qaldırmaq, fiziki yüklənmələrə qarşı dözümlülüyü artırmaq məqsədilə
- Eyni zamanda mübadilə proseslərini gücləndirməklə yanaşı diqqəti artırmaq və emosial vəziyyəti yaxşılaşdırmaq üçün də təyin olunur.
Əks göstərişlər: Hamilələr və kofeinə həssaslıq, 12 yaşına qədər olan uşaqlar, hipertonik xəstələr.
İstifadə qaydası və dozalanması:
Paketin içərisində olan toz 200ml otaq temperaturlu və ya soyuq suda həll edilərək içilir.
12 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1 – 2 paket səhər saatlarında daxilə qəbul edilir.
Buraxılış forması:
№ 8 paket (suda həll olunan toz)
Aptekdən reseptsiz satılır.
Istehsalçı: Dr. Scheffler – ALMANİYA
Mənbə: aptekonline.az