Endokrinologiya

Endokrinologiya

Endokrinologiya – yunan sözü olub (endo – daxili, krino – sekresiya, loqos – təlim) daxili sekresiya vəzləri haqqında olan elmdir. İfrazatının açıldığı yerə görə vəzlər iki qrupa bölünürlər: 1) Ekzokrin vəzlər – bunların sekreti xaricə, yəni ağız boşluğuna, həzm sisteminə (mədəyə və bağırsaqlara) açılır; 2) Endokrin vəzlər – bunların ifrazatı (sekresiya məhsulu – sekreti) isə ancaq qana və limfaya açılır. Endokrin vəzlərin sekreti hormon adlanır. Yunanca hormao – qıcıqlandırmaq, hərəktə gətirmək deməkdir. İlk dəfə olaraq bu termini 1902-ci ildo U.Beylis və E.Starlinq təklif edərək işlətmişlər.