QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb – ÜST | QIA.AZ


Səhiyyə

21:40 11.05.2021

Movavi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 643 mindən çox artıb.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 643 735 nəfər yeni koronavirusa yoluxub, 10 912 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 158 651 638, ölənlərin isə 3 299 764 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Hire Freelancers



https://qia.az/dunyada-ot%C9%99n-sutka-koronavirusa-643-mind%C9%99n-cox-yoluxma-qeyd%C9%99-alinib-ust/