QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

DSX-nin giziri Zəngilanda minaya düşüb – QIA.AZ


Dövlət Sərhəd Xidmətinin (DSX) giziri Zəngilan rayonu ərazisində minaya düşüb.Bu barədə QİA.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və DSX-nin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.



https://qia.az/dsx-nin-giziri-z%C9%99ngilanda-minaya-dusub/