QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

DİN: Şamaxıda baş verən zəlzələdə dağıntı və insan tələfatı qeydə alınmayıb – QIA.AZ


Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) QİA.AZ-a bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.

“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, – deyə DİN-in məlumatında qeyd edilir.



https://qia.az/din-samaxida-bas-ver%C9%99n-z%C9%99lz%C9%99l%C9%99d%C9%99-daginti-v%C9%99-insan-t%C9%99l%C9%99fati-qeyd%C9%99-alinmayib/