QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır | QIA.AZ


Səhiyyə

11:39 05.08.2021

Movavi

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

Bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.

“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər.

Hire Freelancers



https://qia.az/delta-stami-covid-19-a-qarsi-vaksinl%C9%99rin-effektivliyini-asagi-salir/