QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Daimi nümayəndəliyin rəhbəri kitabın təqdimatında iştirak edib – FOTO – QIA.AZ


QİA.AZ xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov görkəmli rəssam Tahir Salahova həsr edilən “Xatirə” tədbirində və “Dialoq” kitabının təqdimatında iştirak edib.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində fəaliyyət göstərən Tahir Salahovun ev-muzeyinin dəvətilə təşkil olunan təqdimat mərasimində bir sıra rəsmi şəxslər, ədəbiyyat və incəsənət xadimləri iştirak edib.



https://qia.az/daimi-numay%C9%99nd%C9%99liyin-r%C9%99hb%C9%99ri-kitabin-t%C9%99qdimatinda-istirak-edib-foto/