Çərşənbə axşamı , İyun 18 2019
Home / Dərmanlar / SILIMA – B
SİLİMA B JPGGG

SILIMA – B

SİLİMA B JPGGG

Hepatoprotektor, Dezintoksikant, Hipoazotemik, Lipotrop

                                    SİLİMA – B

Tərkibi: hər bir tabletdə

Silimarin –  250 mq

L – ornitin  /  L – aspartat – 100 mq

Xolin  – 100 mq

L –  metionin – 100 mq

Vitamin B1 – 5 mq

Vitamin B2  – 5 mq

Vitamin B6 – 5 mq

İstifadəsinə göstərişlər:

  • Kəskin hepatitdən sonra reabilitasiya dövrü
  • Qaraciyərin toksiki zədələnmələri (alkoqol və qeyri alkoqol)
  • Xroniki hepatit
  • Qaraciyərin sirrozu (kompleks müalicədə)
  • Qaraciyərin müxtəlif etiologiyali piy distrofiyası  
  • Ateroskleroz, xolesterin mübadiləsinin pozğunluqları 
  • Şəkərli diabetin kompleks müalicəsi  
  • Daşlı və daşsız xolesistit, öd yollarının diskineziyası
  • Psoriaz, ekzema
  • Vərəm və şiş xəstəliklərinin kompleks müalicəsində
  • Hamiləlik toksikozları

Komponentlərin xüsusiyyətləri:

  Silimarin  –  tərkibi flavon birləşmələrindən ibarət təbii vasitədir. Silimarinin əsas komponenti silibinindir.  Regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT – polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirlərindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Nəticədə hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları blokada olunur, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Silimarin təkcə malonaldehidlərin yaranmasının intensivliyini azaltmır, hətta oksigenin toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır, qlutationun ehtiyatını artırmaqla qaraciyərin dezintoksikant funksiyasını gücləndirir. Alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır.  Silimarin güclü membran stabilləşdirici təsir göstərməklə mübadilə proseslərini normallaşdırır. Toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını almaqla dezintoksikant təsir göstərir. Silimarinin iltihabəleyhinə təsiri iltihab mediatorlarının (prostaqlandinlərin və leykotrienlərin) sintezini zəiflətməsi ilə əlaqədardır.

  L – Ornitin  / L –  aspartat  –  tez bir zamanda ornitin və aspartata dissosasiya olunur, 15-20 dəqiqə müddətində təsiri başlayir. Yarimatilma müddəti çox qisadir. Hepatoprotektor, dezintoksikant, hipoazotemik, hipoammoniemik təsirlərə malikdir. Amin qruplarının sidik cövhəri sintezinə (ornitin dövranı) sərf olunmasını sürətləndirir. Ammonyakın qan plazmasında konsentrasiyasını azaldır, orqanizmdə turşu – qələvi balansının normallaşmasını təmin edir. İnsulinin və somatotropin hormonunun sintezini aktivləşdirir. Müxtəlif xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır.

   Metionin  –  əvəz olunmayan aminturşudur, hepatoprotektor, metabolik təsirlərə malikdir. Azot balansını tənzimləyir. Xolin, adrenalin, kreatin kimi vacib bioloji birləşmələrin sintezini  təmin edir. Toksiki məhsulların zərərsizləşdirilməsində və fosfolipidlərin əmələ gəlməsində iştirak edir. Neytral yağların qaraciyərdə toplanmasını tormozlayır, lipotrop effekt verir. Vitamin və hormonların təsirini modulə edir (B12, askorbin və fol turşusu).

Xolin  –   membranoprotektor təsir göstərir, qanda xolesterinin miqdarını azaldir, öd daşı yaranmasinin qarşısını alir, lesitinlə birgə yağların mübadilə və nəqlində iştirak edir. Həmçinin sinir sistemi üçün mühüm əhəmiyyətə malikdir. Asetilxolinin sintezində iştirak edir, fosfolipidlərin tərkibinə daxildir, yaddaşı möhkəmləndirir.

   Vitamin B1 –  metabolik, immunostimuləedici, antioksidant xüsusiyyətlərə malikdir. Hüceyrə energetiki olub, orqanizmin böyümə və inkişafına səbəb olur, əqli və fiziki qabiliyyəti artırır, sinir toxumasının mübadiləsini yaxşılaşdırır, karbohidrat mübadiləsində iştirak edən fermentlərin koferment hissəsinin sintezində iştirak edir. Vitamin B1 çatışmazlığı həm mərkəzi sinir sistemində, həm də mədə bağırsaq traktında bir çox simptomlarla özünü göstərir.    

  Vitamin B2    orqanizmimizdə mövcud olan hər bir hüceyrədə vardır. Riboflavin karbohidrat və yağların enerjiyə çevrilməsinə kömək edən bəzi fermentlərin əsas tərkib hissəsini təşkil edir. O, oksidləşdirici və energetik mübadilə prosesslərində iştirak edir, vacib fizioloji prosess olan regenerasiyanın (orqanizmin əsas həyat fəaliyyəti və patoloji prosesslər zamanı itirilmiş toxuma strukturunun yenilənməsi) effektliliyini təmin edirQanda bilirubinin səviyyəsini normallaşdırır. Bunlardan əlavə B2  vitamini görmə piqmenti olan purpurun sintezində də iştirak edir ki, bu da öz növbəsində gözün torlu qişasını ultrabənövşəyi şüalardan qoruyur. B2  vitamini eritrositlərin yaşama müddətini artırır və fol turşusu (vitamin B2) ilə birlikdə sümük iliyində yeni qan hüceyrələrinin yaranmasında iştirak edir. Bundan əlavə riboflavin dəmirin mənimsənməsinə kömək edir.

   Vitamin B6 –  fiziki və əqli əmək qabiliyyətini artırır, qanda qlükozanın səviyyəsini requlə edir, qalxanabənzər, böyrəküstü və cinsi vəzilərin işini normallaşdırır, beyin toxumasında maddələr mübadiləsini yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, antidepressiv təsir edir. Triptofan, qlutamin, sistein və metioninin metobolizmində vacib rol oynayir, həmçinin aminturşuların hüceyrə membranından transportunda iştirak edir. Fosforilaza fermentinin  aktivləşməsi üçün vacibdir. Bu ferment QAYT, qlisin, serotoninin əmələ gəlməsində iştirak edir.  Həmçinin vitamin B6  çatmazlığı MSS tərəfindən, dəridə, selikli qişalarda və hemopoetik sistemdə pozğunluqlara səbəb olur.

Əks göstərişləri: hər hansı komponentinə qarşı həssaslıq.

Əlavə təsirləri: zəif işlədici və sidikqovucu təsir, həmçinin epiqastral nahiyədə diskomfort ola bilər.

İstifadə qaydasi: gündə 1 kapsul yeməkdən əvvəl qəbul olunur.

Buraxılış forması: 30 tablet.  İstehsalçı: Biofaktor Sp.z.o.o. / Polşa.

Mənbə: aptekonline.az

Check Also

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir. Statistika göstərir ki, 30-40 yaşdan sonra …

160*600 120*600