Bazar ertəsi , Avqust 19 2019
Home / Dərmanlar / OMELONG – PREMİUM
OMELONG QUTU

OMELONG – PREMİUM

OMELONG QUTU

OMELONG-PREMİUM

 Tərkibi:

Hər bir kapsulun tərkibinə vardır:

65%-ni omeqa-3 yağ turşuları təşkil edən balıq (ançous, sardina və skumbriya növü balıqların qaraciyərləri istisna olmaqla digər hissələrindən alınmış) yağı – 1100 mq

bunun da tərkibinə daxildir:

Eykozapentaen turşusu (EPA) 33% – 363 mq;

Dokozaheksaen turşusu (DHA) 22% – 242 mq;

Digər omeqa-3 yağ turşuları 10% – 110 mq.

Təsir xüsusiyyətləri:

OMELONG-PREMİUM un təsir xüsusiyyətləri ilk növbədə tərkibindəki polidoymamış yağ turşularının (əsasən, eykozapentaen və dokozaheksaen) xüsusiyyətləri ilə bağlıdır. Hüceyrə membranının tərkibinə daxil olan bu yağ turşuları  antioksidant təsir göstərir, qanda xolesterinin və triqliseridlərin (aşağı sıxlıqlı və çox aşağı sıxlıqlı lipoproteidlərin) miqdarını azaldır, qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır, tromboksan-A2 sintezini azaldaraq trombositlərin aqreqasiyasını tormozlayır. Bununla yanaşı polidoymamış yağ turşuları sinir sisteminin fəaliyyətinə və görmə funksiyasına, steroid hormonlarının sintezinə, hamiləlik zamanı dölün inkişafına müsbət təsir göstərir, allergiya mediatorlarının sintezini azaldır, reproduktiv sistemin işinin tənzimlənməsinə kömək edir. Həmçinin bu turşuların Alsheymer xəstəliyinin, diqqət defisiti və hiperaktivlik sindromunun inkişafını ləngitdiyinə dair məlumatlar var.

İstifadəsinə dair tövsiyələr:

Omeqa-3 yağ turşuları aşağıdakı hallar da daxil olmaqla bir sıra xəstəliklərin müalicə və profilaktikasında faydalıdır.

-Aşağı sıxlıqlı (LDL) və çox aşağı sıxlıqlı lipoproteidlərin (VLDL) qanda səviyyəsi yüksək olan pasiyentlərdə, kompleks pəhrizlə birlikdə bu göstəriciləri azaltmaq üçün;

-Hamiləliyin normal gedişatını və dölün sağlam inkişafını dəstəkləmək üçün;

-Mərkəzi və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin, o cümlədən görmə pozuntularının kompleks müalicəsində;

-Hipertoniya xəstəliyinin kompleks müalicə və profilaktikasında;

-7-13 yaşlı uşaqlarda diqqət defisiti və hiperaktivlik sindromunun kompleks müalicəsində istifadə oluna bilər.

İstifadəsinə məhdudiyyətlər:

Aşağıdakı hallarda vasitənin istifadəsi məsləhət görülmür: vasitənin hər hansı tərkib hissəsinə qarşı yüksək fərdi həssaslıq, xronik xolesistit və ya pankreatitin kəskinləşməsi, öd daşı xəstəliyi, hemorragik sindrom, sidik daşı xəstəliyi, tireotoksikoz, hiperkalsiuriya, idiopatik hiperkalsemiya, qaraciyər və böyrək xəstəlikləri (kəskin və xronik), A və ya D hipervitaminozu, ağciyər vərəmi (fəal forma), dərinin kəskin gedişatlı iltihabi xəstəlikləri, sarkoidoz və digər qranulomatozlar, 7 yaşadək uşaqlar, uzunmüddətli immobilizasiya (yüksək dozalarda istifadə zamanı).

Yan təsirlər:

İstifadə zamanı dispepsiya, gəyirmə, yüngül işlədici təsir və allergik reaksiyalar müşahidə oluna bilər. Dispeptik yan təsirlər əsasən yalnız istifadənin ilk günlərində müşahidə olunur.

İstifadə qaydası:

7 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1-2 kapsul, yeməkdən sonra daxilə qəbul olunur. Qəbul bol miqdarda su ilə aparılmalıdır, kapsullar uzun müddət ərzində ağızda saxlanılmamalıdır. İstifadə müddəti həkim tərəfindən müəyyən olunur və 1 aydan az olmamalıdır.

Buraxılış forması: Qutuda daxilə qəbul üçün 60 yumşaq kapsul içlik vərəqi ilə birlikdə.

Dərman vasitəsi deyildir.

İstehsalçı: Koza İlaç Biyoteknoloji San. ve Tic. Ltd. Şti.Beylikdüzü O.S.B. Enkoop cad. No: 4/B, Başakşehir, İstanbul, Türkiyə.

Mənbə: aptekonline.az

Check Also

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir. Statistika göstərir ki, 30-40 yaşdan sonra …

160*600 120*600