Çərşənbə axşamı , İyun 18 2019
Home / Dərmanlar / NANOSPAN – ŞƏRBƏT
NANOSSPAN JP NYU

NANOSPAN – ŞƏRBƏT

NANOSSPAN JP NYU

5 ml şərbətin tərkibi:

Adi daşsarmaşığı (Hedera Helix)……………………………..35 mq

Lansetvari bağayarpağı (Plantago lancoleta)……………..35 mq

Köməkçi maddələr: Distillə edilmiş su, şəkər, bal, qliserin, natrium benzoat, kalium sorbat, limon turşusu,  tvin – 80, nanə yağı.

Farmakoloji qrupu: Öskürək əleyhinə vasitə.

Farmakoloji xüsusiyyətləri: Kombinə olunmuş bitki tərkibli preparatdır. Öskürəyin simptomatik müalicəsi üçün istifadə olunur. Uşaqlar və böyüklərdə istifadə zamanı mukolitik təsir göstərərək, öskürəyi aradan qaldırır. Preparatın tərkibində olan Lansetvari bağayarpağının aktiv maddəsi aukubin yüksək bakteriostatik effekt göstərir və nəticədə tənəffüs yollarında olan iltihabın qarşısını alır. Preparatın tərkibində olan Adi daşsarmaşığının aktiv maddəsi – hederasaponindir. Bu maddə bəlğəmi durulaşdırır, bronxları genişləndirir və nəticədə öskürəyi aradan qaldırır.

İstifadəsinə göstərişlər:

Öskürəklə müşayiət olunan tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində

Kəskin və xroniki bronxit, obstruktiv bronxit, bronxoektaziya, mukovissidoz.

Bronxlarda qalan bəlğəmin xaric olunması məqsədilə.

İstifadə qaydası və dozalanması:.

1 – 3 yaş: 5 ml gündə  2 dəfə

3 – 6 yaş: 7,5 ml gündə 2 dəfə

6 – 12 yaş: 10 ml gündə 2 dəfə

12 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 ml gündə 2 dəfə

1 yaşından kiçik uşaqlara yalnız həkim məsləhəti ilə istifadə edilə bilər.

Axşam saatlarında qəbulu tövsiyə olunmur.

İstifadədən öncə flakonu çalxalayın.

Hamiləlik və laktasiya dövrü:

Hamiləlik və laktasiya dövründə istifadəsi haqda heç bir məlumat yoxdur.

Əks göstərişləri: Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 25 ° C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Buraxılış forması: 150 ml flakon içlik vərəqəsi ilə birlikdə karton qutuda qablaşdırılıb.

Dərman vasitəsi deyildir.

İstehsalçı: Koza İlaç Biyoteknoloji San. Ve Tic. Şti. Beylikdüzü O.S.B. Enkoopcad. No: 4 / B Başakşehir / İSTANBUL / Türkiye. www.kozailac.com

RƏSMİ  DİSTRİBYUTOR:    Azerimed MMC

MARKETİNQ  DƏSTƏYİ:     NORMA PAN

Mənbə: aptekonline.az

Check Also

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir. Statistika göstərir ki, 30-40 yaşdan sonra …

160*600 120*600