Bazar ertəsi , Avqust 19 2019
Home / Dərmanlar / BENORAL B COMPLEX
benoral b kompleks

BENORAL B COMPLEX

benoral b kompleks

BENORAL B COMPLEX

Həkimlər və xəstələr üçün təlimat

 

Ticari adı

BENORAL B  COMPLEX

Dərman forması

Örtük qişalı tablet

Tərkibi

Hər tabletin tərkibinə daxildir:

aktiv maddələr: 3 mq B1 vitamini (tiamin hidroxlorid), 5  mq B2 vitamini (riboflavin-5-fosfatın natrium duzu), 5 mq  B6 vitamini (piridoksin hidroxlorid), 5 mq B5 vitamini (kalsium pantotenat), 40 mq PP vitamini ( nikotinamid).

köməkçi maddələr: mikrokristallik sellüloza E 460, PVP  K 30 birləşdirici maddə E 1201, yağ turşularının maqnezium duzu – yapışma əleyhinə maddə E 470 b, kolloid silisium dioksid – E 551.

örtük qişa: hipromeloza E 464, polietilenqlikol E 1521, talk E 553 b, titan dioksid E 171, sarı xinolin boya, qırmızı al boya.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Vitamin B1 (tiamin hidroxlorid) – orqanizmdə tiamin-pirofosfata (kokarboksilazaya) çevrilir; axırıncı müxtəlif dekarboksilazaların kofermenti olub, piruvat, alfa-ketoqlütaratın metabolizmində iştirak edir, qlükozanın metabolizmində vacib rol oynayır; hüceyrə membranını peroksidləşmə məhsullarının toksiki təsirindən qoruyur; orqanizmin müxtəlif funksiyalarına, maddələr mübadiləsinə, sinir-reflektorik requlyasiyaya təsir edir; sinapslarda impuls ötürücülüyünü təmin edir, qanqlioblokator təsirə malikdir.

Vitamin B2 (riboflavin-5-fosfatın natrium duzu) bağırsaqlardan sorulduqdan sonra FMN (flavinmononukleotid) və FAD (flavinadenindinukleotid) kimi kofermentlərin əmələ gəlməsinə səbəb olur. FMN və FAD kofermentləri isə oksidləşmə-reduksiya reaksiyalarında, toxuma tənəffüsündə, enerji əmələ gəlməsində aktiv iştirak edən fermentlərin tərkib hissəsinə daxil olurlar.  Mərkəzi və vegetativ sinir sisteminin funksiyasına yaxşı təsir edir,  gözün görmə funksiyasını normallaşdırır.

Vitamin B6 (piridoksin hidroxlorid)  – maddələr mübadiləsində böyük rolu olub, mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir; orqanizmə daxil olarkən piridoksal-5-fosfata çevrilir və aminturşuların dekarboksilləşmə, yenidən aminləşməsində iştirak edir. Piridoksin hidroxlorid triptofan, metionin, sistein, qlütamin və digər aminturşuların mübadiləsində iştirak edir. O eyni zamanda histamin, vitamin B12 və fol turşusunun mübadiləsində də iştirak edir. QAYT, qlisin, serotoninin sintezi üçün vacibdir. Piridoksin hidroxlorid yağların da mübadiləsində iştirak edir, ateroskleroz zamanı lipid mübadiləsini yaxşılaşdırır.

Vitamin B5  (kalsium pantotenat) – hüceyrə metabolizmini stimulə edir. Asetil KoA –nın koferment hissəsinə daxildir. Karbohidrat, yağ, zülal mübadiləsində iştirak  edir, asetilxolin, steroid hormonların sintezinə səbəb olur. Miokardın hərəki fəaliyyətini yaxşılaşdırır.

Vitamin PP (nikotinamid) – vitamindir, toxuma tənəffüsündə, oksidləşmə-reduksiya reaksiyalarında iştirak edən fermentlərin tərkib hissəsinə daxil olur. Heç bir hüceyrəni bu fermentlərsiz təsəvvür etmək olmaz.  Quruluşuna görə nikotin turşusuna bənzəyir. Ondan fərqli olaraq damar genəldici xüsusiyyətə malik olmayıb, dəri örtüyündə qızartı, başda  istilik hissi  vermir. Nikotinamidin requlyar  qəbulu  I tip şəkərli diabet zamanı insulinə olan ehtiyacı azaldır. Sakitləşdirici xüsusiyyətə malik olub, həyəcanı götürür. Antioksidant xüsusiyyətə malikdir.

 

 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

  • B qrup vitaminlərin müalicə və profilaktikası
  • Uzun müddət davam edən stress vəziyyəti, asteniya
  • Şəkərli diabet
  • Dermatitlər, psoriaz, ekzema, trofiki xoralar, fotodermatozlar, qırmızı qurd eşənəyi, herpetik infeksiyalar
  • Neyrodermit, kəmərvari dəmrov
  • Hamiləlik toksikozu, hamiləlik, laktasiya dövrü
  • Yuxarı tənəffüs yollarının iltihabı, bronxit, pnevmoniya
  • Hipertireoz
  • Vərəm, izoniazid və digər vərəməleyhinə preparatların, antibiotiklərin təyinatı
  • Kəskin və xroniki hepatit, sirroz, xroniki pankreatit, malabsorbsiya sindromu, uzun müddət davam edən xroniki infeksion xəstəliklər
  • Disbakterioz  və bağırsağın funksional pozğunluğu
  • Polinevritlər, nevralgiyalar, paresteziyalar, parez və iflic, radikulit
  • Bağırsağın hipomotor diskineziyası, əməliyyatdan sonrakı bağırsaq atoniyası (tonusunun azalması)
  • Hipoxrom, mikrositar  anemiya
  • Müxtəlif intoksikasiyalar, xroniki  alkoqolizm, qaraciyərin etanol  və vərəməleyhinə dərman vasitələrinin qəbulu nəticəsində zədələnməsi
  • Hemodializ
  • Konyunktivit, irit, keratit, blefarit, katarakta, hemeralopiya, işıqdan qorxma
  • Sağalmayan yaralar, stomatit, qlossit, xeylit
  • Miokardiodistrofiyalar, koronar qan dövranı pozğunluğu
  • Ac qalma, pəhriz saxlanması

 

 

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ

Yüksək həssaslıq reaksiyaları çox nadir hallarda rast gəlinir.

DOZALANMA REJİMİ

1-2 tablet gündə 1-2  dəfə gündə təyin olunur.

SAXLANMA ŞƏRAİTİ

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı!

BURAXILIŞ FORMASI

Benoral B complex karton qutuda, hər blisterdə 25 tablet olmaqla 2 blisterli və təlimat-içlikli qablamada buraxılır.

İSTEHSALÇI

“Biofaktor” Sp.zo.o., ul. Crysta 4, 96-100 Skierniewice/Poland

Mənbə: aptekonline.az

Check Also

Təzyiqi normallaşdırmaq üçün qidalanmada bu 4 dəyişiklik edin

Yüksək arterial təzyiq bütün dünyada ən yayılmış sağlamlıq problemidir. Statistika göstərir ki, 30-40 yaşdan sonra …

160*600 120*600