COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib - QIA.AZ

COVID-19-a qarşı peyvənd, əks göstəriş və immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib – QIA.AZ


Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.

QİA.AZ xəbər verir ki, qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.

Həmçinin, “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.



https://qia.az/covid-19-a-qarsi-peyv%C9%99nd-%C9%99ks-gost%C9%99ris-v%C9%99-immunitet%C9%99-malik-olmaya-dair-sertifikatlar-t%C9%99sdiql%C9%99nib/