Ən yaxşı qoruyucu maska hansılardır? - AÇIQLAMA- VİDEO

Bu ölkədə maska taxmaq ləğv olundu

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olunub.

Hekim.pro xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Dövlət başçısı Co Bayden məhdudiyyətlərin davam etməsinin zərurət olduğunu vurğulasa da, artıq bəzi ştatlar maska məcburiyyətini aradan qaldırıb.

İlk olaraq Texas ştatında aradan qaldırılan maska rejimi, daha sonra Alabama, Alyaska, Arizona, Arkanzas, Florida, Corciya, Aydaho, İndiana, Ayova, Kanzas, Missisipi, Missuri, Montana, Nebraska, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota, Tennesi, Utah, Viskonsin və Vayominq ştatlarında da ləğv olunub.