Böyrəklərin təbii vasitələrlə təmizlənməsi. RESEPTLƏR

Böyrəklərin təbii vasitələrlə təmizlənməsi – RESEPTLƏR

Müasir günümüzdə əhalinin əksər hissəsinin böyrəklərlə bağlı problemləri var. Böyrək xəstəlikləri sırasında birinci yerdə böyrək daşı xəstəliyi durur.

Böyrəkdə daşın əmələ gəlməsinə müxtəlif səbəblər şərait yaradır. Böyrəkdə daş olduqda böyrək funksiyası pozulur və qanda azotun, zülalın, kreatinin miqdarı artır ki, bu da orqanizm üçün təhlükəlidir. Bunun qarşısını almaq üçün vaxtaşırı böyrəklərn təbii yollarla təmizlənməsi lazımdır.

Böyrəkləri təmizləməzdən əvvəl mütləq USM-dən keçmək və həkimlə məsləhətləşmək lazımdır. Bəzi böyrək xəstəlikləri zamanı böyrəklərin təmizlənməsi ziyan vura bilər.

Böyrəklərin təbii yollarla təmizlənməsinin bir-neçə üsulu var:

1. Acqarına 1 stəkan xiyar suyu içməklə böyrəklərinizi təmizləyə bilərsiniz. Bu proseduru istədiyiniz qədər təkrarlaya bilərsiniz.

2. Bağayarpağı şirəsini 10-15 gün müddətində hər səhər acqarına içmək böyrək təmizlənməsində faydalıdır.

3. 1 x.q zeytun yağına 1 ç.q limon şirəsi əlavə edilir və acqarına içilir.

4. Qarpızla təmizlənmə zamanı gün ərzində çoxlu qarpız yeyilir. Qarpız sidikqovucu təsirə malikdir və böyrəyin təmizlənməsində tayı-bərabəri yoxdur. Bu təmizlənmə üsulundan şəkərli diabet xəstələri və böyrəklərinin süzmə qabiliyyəti zəif olan adamlar istifadə etməkdən çəkinməlidirlər.

5. Yarpız çayı dəmləməsi də böyrəklərin təmizlənməsi üçün əvəzsiz müalicə vasitəsidir.

6. Cəfəri və kərəviz çayları da güclü böyrək təmizləmək qabiliyyətinə malikdirlər. Amma bu çaylardan çox istifadə etmək arterial təzyiqi aşağı sala bilər. Buna görə də cəfəri və kərəviz çaylarından istifadə edən zaman təzyiqi nəzarət altında saxlamaq lazımdır.

7. Darı yarması böyrəklər üçün çox faydalıdır. Qidalanmanıza tez-tez darı sıyığını əlavə edin. Həmçinin darı yarmasından faydalı dəmləmə də hazırlaya bilərsiniz. Bunun üçün 1 x.q darı yarmasının üzərinə 1 stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın, süzün və gündə 2 dəfə yarım stəkan olmaqla acqarına için.

HEKİM.PRO