Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb – QIA.AZ


Bu gün Bakı vaxtı ilə saat 09:00-da Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Ölkədə təxminən 13 min, xaricdə isə 750 seçki məntəqəsi açılıb.

Bolqarıstanda 6,7 milyon vətəndaşın səsvermə hüququ var. Seçicilər ikinci turda hazırkı prezidenti Rumen Radev və Sofiya Universitetinin rektoru Anastas Hercikov arasında seçim etməlidirlər.



https://qia.az/bolqaristanda-prezident-seckil%C9%99rinin-ikinci-turunda-s%C9%99sverm%C9%99-baslayib/