B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

vitamin

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir. Bunlardan biri B 12 insan DNT-nin istehsalında, qan sistemi və sağlam sinir hüceyrələnin yaranmasında iştirak edir. Təsəvvür edin, təkcə B 12 çatışmaması nələrə səbəb ola bilər.

Sutkalıq normal miqdarda B qrup vitamini qida ilə qəbul etmədikdə orqan və sistemlərdə problemlər baş qaldırır.
B qrup vitamini çatışmamasının əsas əlamətlərini təqdim edir. Əminik ki, əksəriyyətinizdə bu defisit var.
– Ayaqlar, əllər, qollarda uyuşma, qıcolma, tikanbatma, keyimə hissi
Bu o deməkdir, yeni sinir hüceyrələrinin bərpası üçün B qrup vitamini çatmır, sinirlər müdafiəsiz qalıb.– Yorğunluq, halsızlıq – B qrup çatışmadıqda insan daim həmişə yorğun olur. Belə adamlarda gizli anemiya da yaranır.– Bənizin, üz dərisinin ağarması, bozarması
Sarı təhər, torpaq rəngi, bozumtul dəri rəngi dərinin kifayət qədər oksigen almamasına işarədir.
– Depressiya
B qrup bütün sinir sistemi və qan dövranına lazım olduğu üçün neyronlarla bağlı istənilən problem beynin işini pozur.
– Yaddaşsızlıq, huşsuzluq
Beyində normal metobolik proseslərin getməsi üçün B qrup vitamin mütləqdir. Onun çatışmaması demensiya, Alsgeymer və s. xəstəlikləri yaradır. Dünən yediyini bu gün yaddan çıxaranlar, qanda B 12 vitaminini yoxlatsın.– 50 yaşdan yuxarı olmaq
Zamanla insan yaşlaşdıqca B qrup vitamini azalır, ona kəskin ehtiyac yaranır. Ona görə 50 yaşdan sonra mütləq B qrup vitamini qəbul edin.