QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

“Azərişıq”ın əməkdaşı Laçında minaya düşüb – QIA.AZ


“Azərişıq” ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb.

QİA.AZ-ın məlumata görə, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb.

Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.



https://qia.az/az%C9%99risiqin-%C9%99m%C9%99kdasi-lacinda-minaya-dusub/