QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanın Quru Qoşunları Laçında təlimlərə başlayıb – QIA.AZ


Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq, oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə “QİA.AZ”a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.



https://qia.az/az%C9%99rbaycanin-quru-qosunlari-lacinda-t%C9%99liml%C9%99r%C9%99-baslayib/