QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2021” sərgisində iştirak edib-Foto – QIA.AZ


HərbiManşet

19:20 14.11.2021

Noyabrın 14-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi keçirilir.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, iki ildən bir təşkil olunan sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlığı, pilotsuz uçuş aparatları (PUA) və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.

Dubayın vəliəhd şahzadəsi və İcra Şurasının sədri Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Tədbir çərçivəsində Mədət Quliyevin “International Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü olub. Görüşdə hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2021” sərgisində iştirak edib - Gallery Image
Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2021” sərgisində iştirak edib - Gallery Image
Azərbaycanın müdafiə sənayesi naziri “Dubai Airshow-2021” sərgisində iştirak edib - Gallery Image



https://qia.az/az%C9%99rbaycanin-mudafi%C9%99-s%C9%99nayesi-naziri-dubai-airshow-2021-s%C9%99rgisind%C9%99-istirak-edib-foto/