QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı – QIA.AZ


Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar verib.

QİA.AZ xəbər verir ki, qərarda deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:

– Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

– “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1-ci bəndində “2021-ci il 1 noyabr” sözləri “2022-ci il 1 yanvar” sözləri ilə əvəz edilsin.V



https://qia.az/az%C9%99rbaycanda-xususi-karantin-rejiminin-mudd%C9%99ti-uzadildi-2/