QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı xeyli azaldı | QIA.AZ


Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib. 5 203 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, bu günə qədər isə ümumilikdə 3 503 639 test icra olunub.

Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı xeyli azaldı
Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-son-sutkada-koronavirusa-yoluxma-sayi-xeyli-azaldi/