QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ


Səhiyyə

18:42 05.07.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1 035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-son-sutka-%C9%99rzind%C9%99-covid-19-a-yoluxma-sayi-aciqlanib-8/