QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ


Səhiyyə

16:50 26.06.2021

Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 796 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 026 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 803 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 720, ötən müddət ərzində isə ümumilikdə 3 722 499 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-son-sutka-%C9%99rzind%C9%99-covid-19-a-yoluxma-sayi-aciqlanib-5/